ABŞ-a məxsus hərbi gəmi İran gəmisinə xəbərdarlıq atəşi açıb

ABŞ-a məxsus hərbi gəmi İran gəmisinə xəbərdarlıq atəşi açıb
# 25 iyul 2017 18:03 (UTC +04:00)

ABŞ-a məxsus hərbi gəmi Fars körfəzində İran Hərbi Dəniz Qüvvələrinin gəmisinə xəbərdarlıq atəşi açıb. APA-nın xəbərinə görə, bu barədə “Associated Press”ə Pentaqondakı mənbə məlumat yayıb.

Məlumata görə, radio və yüksək səsli xəbərdarlıq siqnallarına məhəl qoymayan gəmi ABŞ-ın hərbi gəmisinə 137 metr yaxınlaşıb. Buna cavab olaraq, ABŞ gəmisi ona tərəf xəbərdarlıq atəşi açıb.

İran gəmisinin xəbərdarlıq atəşinə necə reaksiya verməsi barədə hələlik məlumat verilmir.

Rəsmi Tehran insidentlə bağlı hələlik heç bir şərh verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR