Dieqo Simeone: “Yaratdığımız epizodları qola çevirə bilmədik”

Dieqo Simeone: “Yaratdığımız epizodları qola çevirə bilmədik”
# 18 oktyabr 2017 20:37 (UTC +04:00)

“Gözlənilməz nəticə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın qonağı olan Madrid təmsilçisi meydandan qolsuz bərabərliklə ayrılıb. Oyundan sonra təşkil edilən mətbuat konfransında Simeone fikrini bu sözlərlə davam etdirib: “İlk hissədə yaxşı epizodlar yaratsaq da, qol vura bilmədik. İkinci hissədə üzərimizdəki təzyiq artdı. Nəticədə xal itkisi ilə üzləşdik. Rəqibin heyətində qapıçını vurğulamaq istəyirəm. İlk hissədə Karrasko və Qrizmannın qol epizodunda yaxşı oynadı. Bundan əlavə, rəqib boş zonalardan yaxşı yararlanırdı, müdafiədən hücuma yaxşı çıxırdı. Yaratdığımız epizodları qola çevirə bilmədik. Bu da ikinci hissədə üzərimizdə daha çox təzyiq yaratdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR