İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanın cənub bölgəsində hiss olunub

İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanın cənub bölgəsində hiss olunub
# 12 noyabr 2017 19:48 (UTC +04:00)

İran-İraq sərhədində baş verən güclü zəlzələ cənub bölgəsində hiss olunub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələ əsasən Lənkəran və Astara rayonları ərazisində, təqribən 4 bal gücündə hiss olunub.

Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.

Qeyd edək ki, bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR