Siyəzəndə sexdə yanğın olub

Siyəzəndə sexdə yanğın olub
# 16 noyabr 2016 18:02 (UTC +04:00)

Siyəzəndə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Siyəzən rayonunda ümumi sahəsi 300 m2 olan daş sexinin qurutma otağının yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR