İstanbulda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə qəbul keçirilib

İstanbulda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi  münasibəti ilə qəbul keçirilib
# 25 may 2018 23:35 (UTC +04:00)

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə qəbul keçirilib.

APA-nın məlumatına görə, Azərbaycanın Respublikasının İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil edilən qəbul mərasimində çıxış edən Baş konsul Məsim Hacıyev Türk-islam dünyasında elan edilən ilk Cümhuriyyətin tarixi fəaliyyəti barədə geniş məlumat verib. Azərbaycanın yenidən müstəqillik qazanmasından sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında dövlətçiliyin möhkəmlənməsi və güclənməsindən danışan Baş konsul prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyanın inkişaf etmiş dövlətləri arasında Azərbaycanın öz layiqli yer aldığını vurğulayıb.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov hazırda dünyanın müxtəlif nöqtələrində Azərbaycan Cümhuriyyətinin qurulmasının 100-cü ilinin qeyd edildiyini bildirib. Azərbaycanın yenidən müstəqillik elan etməsindən sonra ölkənin bir çox təhlükələrlə üzləşdiyini xatırladan F.Muradov Heydər Əliyev sayəsində Azərbaycanın müstəqil dövlət kimi gücləndiyini vurğulayıb. Azərbaycan ordusunun Qarabağı mütləq azad edəcəyinə inamını ifadə edən Komitə sədri bütün sahələrdə olduğu kimi, hərbi sahədə də Türkiyə ilə əməkdaşlığın daha da dərinləşəcəyini qeyd edib.

Mərasimdə Ənvər Paşanın nəvəsi Arzu Ənvər Əroğana, Kazım Karabəkirin qızı Timsal Karabəkirə, professor Əhməd Cəfəroğlunun qızı Nazan Ölçərə və başqalarına xatirə hədiyyələri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR