İraqda yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb

İraqda yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb
# 24 noyabr 2016 19:16 (UTC +04:00)

Bağdad yaxınlığında yanacaqdoldurma məntəqəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti İran vətəndaşıdır.

Məlumata görə, terrorçu-kamikadze minalanmış avtomobili Hilə şəhərində yanacaqdoldurma məntəqəsində partladıb. Partlayış baş verə an yanacaqdoldurma məntəqəsində iranlı zəvvarlarla dolu bir neçə avtobus olub.

Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR