Şirvanda avtomobil azyaşlını vuraraq ağır yaralayıb

Şirvanda avtomobil azyaşlını vuraraq ağır yaralayıb
# 02 yanvar 2017 18:05 (UTC +04:00)

Şirvanda avtomobil 12 yaşlı uşağı vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Şirvan sakini idarə etdiyi VAZ 2107 markalı avtomobillə yolu keçən 2005-ci il təvəllüdlü Səttarov Rəsul Elşad oğlunu vurub.

Ağır xəsarət alan azyaşlı kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR