Azərbaycanda mənfi 17 dərəcə temperatur qeydə alınıb

Azərbaycanda mənfi 17 dərəcə temperatur qeydə alınıb
# 23 yanvar 2017 08:40 (UTC +04:00)

Ötən gündən başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba və Qusar bir sıra yaşayış məntəqələrinə 15 sm-dək qar yağıb. Ən çox yağıntı Qubanın Qırız, Qusarın Ləzə kəndlərində qeydə alınıb. Bu ərazilərdə qarın hündürlüyü 15 sm olub. Ən aşağı temperatur Quba rayonunun Xaltan kəndi ərazisində qeydə alınıb. Burda havanın temperaturu mənfi 17 dərəcəyə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR