Ağdamda qadını it dişləyib

Ağdamda qadını it dişləyib
# 29 oktyabr 2016 13:30 (UTC +04:00)

Ağdamda qadını it dişləyib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, məcburi köçkünlər üçün salınmış qəsəbədə 1978-ci il təvəllüdlü Rzayeva Əminə Rza qızı it dişləmə xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə tibbi yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulub.

APA-nın xəstəxanadan əldə etdiyi xəbərə görə son bir ayda 15 nəfərdən çox şəxs it dişləməsi şikayəti ilə xəstəxanada qeydiyyata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR