I rübdə Bakıda əsas kapitala 2 mlrd. manatdan çox vəsait yönəldilib

I rübdə Bakıda əsas kapitala 2 mlrd. manatdan çox vəsait yönəldilib
# 07 may 2018 14:34 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2061,4 mln. manat məbləğində vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 75% təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumi vəsaitin 69,5%-i qeyri-dövlət sektorunun, 30,5%-i isə dövlət sektorunun payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 65,3%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

2018-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,4%-ni tikinti, yenidənqurma və genişləndirmə, 6,9%-ni əsaslı təmir, 6,2%-ni cari təmir, 20,5%-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 84,7%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR