Ruhaninin İran prezidenti postu uğrunda mübarizə aparacağı təsdiqlənib

Ruhaninin İran prezidenti postu uğrunda mübarizə aparacağı təsdiqlənib
# 26 fevral 2017 12:05 (UTC +04:00)

İran vitse-prezidenti Husseyn Əli Amiri dövlət başçısı Həsən Ruhaninin mayda keçiriləcək prezident seçkilərində ikinci müddətə seçilmək üçün mübarizə aparacağını təsdiqləyib.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, H. Ə. Amiri deyib ki, son həftələr ərzində H. Ruhani prezident seçkilərində iştirak etməyə qərar verib.

Qeyd edək ki, İranda prezidentliyə namizədlərin qeydiyyatı prosesi bu il 10-14 aprel tarixlərində olacaq. Seçki kampaniyasına rəsmən aprelin 27-də start veriləcək, mayın 16-da başa çatacaq. Prezident seçkiləri mayın 19-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR