Oğuzda “VAZ" motorollerlə toqquşub, xəsarət alan var

Oğuzda “VAZ" motorollerlə toqquşub, xəsarət alan var
# 10 aprel 2018 21:16 (UTC +04:00)

Oğuzda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində baş verib. Oğuz rayon sakini Elçin Abidzadənin idarə etdiyi “VAZ 21074” markalı 37 BB 239 dövlət nömrə nişanlı minik avtomobili ilə Oğuz şəhər sakini 1983-cü il təvəllüdlü Mais Talıb oğlu Əliyevin idarə etdiyi motorollerlə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Mais Əliyev Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mais Əliyevə qapalı kəllə-beyn travması, beyin silkələnməsi və sol incik sümüyünün sınığı dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR