Bugünkü depozit hərracında tələb təklifi 2,7 dəfə üstələyib

Bugünkü depozit hərracında tələb təklifi 2,7 dəfə üstələyib
# 04 dekabr 2017 08:44 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.


AMB-dən "APA-Ecoonmics"ə verilən məlumata görə, bu gün keçirilmiş hərracda tələb 548,6 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.


Bununla da depozit hərracında tələb təklifi 2,74 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 200 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR