Bu il Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 17% artıb

Bu il Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 17% artıb
# 20 iyul 2015 16:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 17,1% artaraq 473,1 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,8%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Bu dövr ərzində hüquqi şəxs statuslu özəl müəssisələrdə dövriyyənin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,2% artaraq 194,8 mln. manata çatıb.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 49,8 manatlıq iaşə xidmətlərindən istifadə edibr ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,6 manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR