Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri və mədəniyyət xadimləri Əməkdar memar Rasim Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
APA-nın məlumatına görə, nekroloqda deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar memar Rasim Həsən oğlu Əliyev 2021-ci il noyabrın 13-də ömrünün 88-ci ilində vəfat etmişdir.
Rasim Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirmişdir.
Rasim Əliyev ali təhsilini başa vurduqdan sonra, 1958–1965-ci illərdə “Azərdövlətlayihə” İnstitutunda işləmişdir. O, 1965–1974-cü illərdə Bakı şəhərinin baş memarının birinci müavini və 1974–1988-ci illərdə baş memarı vəzifələrində çalışmış, eyni zamanda, 1980–1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi olmuşdur.
Rasim Əliyev həyatını quruculuq işlərinə sərf edərək Azərbaycanda şəhərsalma, tikinti və memarlıq sahəsinin inkişafına layiqli töhfələr vermişdir. O, Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çox sayda layihənin müəllifi olmuşdur. İçərişəhərin regenerasiya planı da bilavasitə onun başçılığı ilə hazırlanmışdır. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən Rasim Əliyev özünün yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, yaşayış massivlərinin və əsas parkların, habelə paytaxtda və digər şəhərlərimizdəki mərkəzi meydanların və mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında onun əvəzsiz xidmətləri vardır. Sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə səciyyələnir. Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında və peşəkarlığının təşəkkülündə mühüm rol oynamışdır.
Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə Əməkdar memar fəxri adını almış, 1982-ci ildə Dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət”, 2009-cu ildə “Şərəf” və 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
Tanınmış memar, səmimi insan Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Anar Kərimov
Anar Quliyev
Ömər Eldarov
Elbay Qasımzadə
Fərhad Xəlilov
Fazil Nəcəfov
Hafiz Əmirxanov”.
Azərbaycan Prezidenti və Birinci vitse-prezident Əməkdar memar Rasim Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
© APA | İlham Əliyev, Azərbaycan Prezidenti
Rəsmi xəbər
Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib - SƏRƏNCAM
Dövlət başçısı İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik edib
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun sədri vəzifəsindən azad edilib
Xəbər Lenti
Fatma Varank: COP31-də dünyada iqlim maarifləndirilməsinin genişləndirilməsi hədəflənir
Ali Məhkəmə vətəndaşdan xəbərsiz rəsmiləşdirilən onlayn kreditlərlə bağlı izah verib
Mənzil alışına görə 23 mln. manatdan çox ƏDV geri qaytarılıb
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib
“ƏDV geri al” üzrə vətəndaşlara 140 mln. manata yaxın vəsait qaytarılıb
Gürcüstanda Azərbaycan dilində təhsilin inkişafı ilə bağlı təkliflər hazırlanacaq
Terminallarda Birbank ödənişlərinə komissiya tətbiq olunur
Qarabağda 35-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb
TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib
Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb
“Qarabağ” Koxalski ilə yollarını ayırıb
Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib
Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib - SƏRƏNCAM
Zaxarova 10 diplomatın Macarıstandan çıxarılmasını şərh edib: Rusofob lobbiyə cavab sərt və ağrılı olacaq
Süni zəka dövründə siyasi dialoqun strateji təyinatı - MÖVQE
Məleykə Abbaszadə: Gələn il imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur
Rusiya ordusunun Kiyevə hücumunda 3 nəfər ölüb, yaralı sayı 16-ya çatıb - YENİLƏNİB
Bakı–Qazax yolunda maşın beton səddə çırpılıb, xəsarət alan var - FOTO
Rusiya Ukrayna üzrə üçtərəfli danışıqlar formatının bərpa olunacağına ümid edir
Lavrov mülki gəmilərə hücumlara moratorium təklifini qeyri-real hesab edir
“Mançester Yunayted” – “Sabah” oyununun hakim təyinatları açıqlanıb
Azərbaycan I yarımildə Gürcüstana 45,3 mln. dollar investisiya yatırıb
Zelenski: Növbəti üçtərəfli görüş BƏƏ, İsveçrə və ya Türkiyədə keçirilə bilər
Lavrov: Qərb ölkələri güzəşt təşəbbüslərindən çəkindirməyə davam edərsə, Rusiya öz məqsədlərinə hərbi yolla çatacaq
Macarıstan XİN rəhbəri Orban 10 rusiyalı diplomatı ölkədən çıxarır
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib - FOTO
Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib
Nazir dərsliklərin dil qaydaları üzərində iş aparıldığını bildirib
Balaxanıda avtomobil betona çırpılıb, xəsarət alan var - VİDEO
Məcnun Məmmədov: Azərbaycanda kənd təsərrüfatında 30-dan çox potensial süni intellekt tətbiqi müəyyənləşdirilib
Lavrov Kiyevin Uitkoff və Kuşnerin təqdim etdiyi təkliflərlə bağlı açıqlamalarını spekulyasiya adlandırıb
İran-Azərbaycan sərhədində 38 kq narkotik aşkarlanıb
Sabah bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq
Azərbaycanda əkin sahələri süni intellektlə yoxlanıldıqdan sonra subsidiya veriləcək
Məcnun Məmmədov: İqlim dəyişikliklərinin təsiri subsidiya mexanizmlərində nəzərə alınır
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11%, tranzit trafik isə 14,5% artıb
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad olunub
Nazir: Torpaqların konsolidasiyası üzrə pilot layihə Salyan və Qəbələnin 19 kəndini əhatə edəcək
Nazir oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilməməsindən şikayətlənib
Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır-stabildir
Emin Əmrullayev təbiət elmlərinin məzmununa və tədrisinə yenidən baxmağa çağırıb
Dövlət başçısı İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik edib
Bakıda 26 yaşlı oğlan daş karxanasında ölüb
ANAMA sədri: Daşqınlar zamanı təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları olub
Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb
YAP-ın VIII Qurultayına hazırlıq başlayıb
Vətəndaşların yarım milyon manatını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxsə hökm oxunub
Nazir: Azərbaycanlı şagirdlər riyazi məsələlərin şərhində çətinlik çəkirlər
ABADA: Azərbaycan Mərkəzi Dəhlizin rəqəmsallaşdırılmasında lokomotiv rolunu oynayır