Balakəndə avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Balakəndə avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
# 17 yanvar 2020 08:16 (UTC +04:00)

Balakəndə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdurəhman Əfəndi oğlu Hacıyev aldığı ağır xəsarətlərdən Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

****

16 yanvar, saat 21:31

Bu gün axşam saatlarında Balakən şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Talalar kənd sakini, 1957-ci il

təvəllüdlü Abdurəhman Əfəndi oğlu Hacıyev yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Hacıyev Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. A.Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR