Rusiyada helikopter qəzasında 6 nəfər ölüb

Rusiyada helikopter qəzasında 6 nəfər ölüb
# 11 aprel 2018 05:29 (UTC +04:00)

Rusiyanın Xabarovsk şəhərində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla 11.30-da (Bakı vaxtı ilə 05.30-da) baş verib.

İlkin məlumata görə, qəza nəticəsində helikopterin göyərtəsində olan 6 şəxs ölüb. Hadisə yerində yanğın baş verdiyi bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR