“Trabzonspor”un yeni baş məşqçisi məlum olub

“Trabzonspor”un yeni baş məşqçisi məlum olub
# 01 iyun 2018 19:39 (UTC +04:00)

“Trabzonspor”un yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik Ünal Karamanla anlaşıb.

Əvvəllər “bordo-mavililər”də köməkçi məşqçi kimi fəaliyyət göstərmiş 52 yaşlı mütəxəssis razılığa əsasən, növbəti mövsüm komandaya rəhbərlik edəcək. Onun aylıq məvacibi isə 150 min lirə təşkil edəcək.

Qeyd edək ki, Superliqada geridə qalan mövsümü 5-ci pillədə başa vuran “Trabzonspor” baş məşqçi Rıza Çalımbayla yollarını ayırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR