AİDA Burkina Faso və Kot-d’İvuarda ödənişsiz əsasda göz-katarakt əməliyyatları keçirib - FOTOSESSİYA

AİDA Burkina Faso və Kot-d’İvuarda ödənişsiz əsasda göz-katarakt əməliyyatları keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 21 iyul 2015 09:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində 2012-ci ildən bəri İslam Əməkdaşlıq Təşkilatına üzv Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Burkina Fasonun Uaqaduqu şəhərində və Kot-d’İvuarın Abican şəhərində ödənişsiz əsasda göz-katarakt əməliyyatları keçirilib.

AİDA-dan APA-ya verilən məlumata görə, humanitar kampaniya çərçivəsində 3500 nəfərdən çox insan göz müayinəsindən keçib. Uğurla həyata keçirilmiş katarakt cərrahiyyə əməliyyatları nəticəsində Burkina Fasoda 314, Kot-d’İvuarda isə 487 nəfər görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insanın görmə qabiliyyəti bərpa olunub.

Ümumilikdə, Afrika ölkələrində 2012-ci ildən bəri həyata keçirilən bu kampaniya nəticəsində 15000-dən çox insan öz sağlamlığına qovuşub.

AİDA və İslam İnkişaf Bankını birgə həyata keçirdiyi bu humanitar aksiya sözügedən ölkələrin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Burkina Fasonun aparıcı mətbu orqanı olan “Sidwaya” qəzeti və Kot-d’İvuarda ən çox oxucu kütləsinə sahib olan “Le Nouveau Reveil” qəzetində AİDA-nın fəaliyyəti, əsas məqsədi və sözügedən kampaniya haqda dərc olunmuş məqalələrdə bu kampaniyanın Azərbaycan xalqı tərəfindən insan həyatı, insani dəyərlər üçün göstərilən qayğının, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasi yardımın bariz nümunəsi olması, humanizm və xeyriyyəçilik nümunəsi kimi bir daha Azərbaycan xalqının maddi və mənəvi dəyərlərini geniş şəkildə əks etdirməsi xüsusi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR