Liviyada “Eni” konserninin ofisi yaxınlığında güclü partlayış olub

Liviyada “Eni” konserninin ofisi yaxınlığında güclü partlayış olub
# 31 avqust 2015 19:54 (UTC +04:00)

Bakı-APA. Liviyanın paytaxtı Tripolidə “Eni” konserninin ofisi yaxınlığında güclü partlayış olub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, minalanmış avtomobilə quraşdırılan partlayıcı qurğu uzaqdan işə salınıb.

Hələ ki, tələfat və dağıntılar barədə məlumat yoxdur. Bildirilir ki, partlayış törədilən ərazinin yaxınlığında həmçinin Səudiyyə Ərəbistanı və Əlcəzairin səfirlikləri yerləşir.

Hələlik heç bir təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR