Azərbaycan prezidenti İlham Əliyev Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinə xalq artisti Məhluqə Sadıqovanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.