Janna Qandelmann: “Məşhur musiqiçilər Qəbələdə tamaşaçılara əsl bayram əhvalı yaşadır”

Janna Qandelmann: “Məşhur musiqiçilər Qəbələdə tamaşaçılara əsl bayram əhvalı yaşadır”
# 02 avqust 2017 14:27 (UTC +04:00)

“Musiqi festivalı çox gözəl yerdə və möhtəşəm keçirilir. Mən üçüncü dəfədir ki, Qəbələ festivalında iştirak edirəm. Bura çox xoşuma gəlir və gələcəkdə bura yenə gələcəyəm”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Heydər Əliyev Fondunun təşkil etdiyi IX Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelmann deyib.

O, bu festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Bu günlərdə Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar. Bizi bura dostumuz, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski dəvət edib. Mən 3-cü dəfədir ki, bu musiqi bayramında iştirak edirəm və yenə Azərbaycandan xoş təəssüratla ayrılıram. Burada məşhur ifaçılar-pianoçu Murad Adıgözəlzadə, violonçel ifaçısı Dmitri Yablonski və valtorna ifaçısı Mixail Slatkinlə birgə səhnəyə çıxdım və möhtəşəm kamera konserti verdik. Biz bacardığımızı etdik. Bizim ifamız tamaşaçıların xoşuna gəldiyi üçün onlar bizi ayaq üstə alqışladılar. Biz çox sevinirik ki, musiqi bayramını izləyənlər üçün gözəl əhval-ruhiyyə bəxş edə bildik”.

Bir çox beynəlxalq müsabiqələrin qalibi olan J. Qandelmann Qəbələdə mənzərəli yerləri gəzdiyini bildirib. “Gələcəkdə konsertlə bağlı dəvət almasam da, Qəbələyə turist kimi mütləq gələcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR