Tovuzda avtomobillər toqquşub, iki nəfər yaralanıb - VİDEO

Tovuzda avtomobillər toqquşub, iki nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 09 iyul 2015 10:09 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində, dörd yol ayrıcında qeydə alınıb.

İşıqforun qırmızı işığını gözləmədən yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil əvvəlcə "VAZ 2106" ilə toqquşub, daha sonra isə yol kənarında olan 3 ədəd elektrik dirəyini aşırıb. Nəticədə şəhərin bir hissəsi elektrik enerjisiz qalıb. Zərbənin təsirindən "Mercedes" çevrilib, bu zaman beton dirək naqillərlə birgə maşının üstünə düşüb. Yüksək gərginlikli xətt xoşbəxtlikdən avtomobildə yanğına səbəb olmayıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza törədən avtomobildə 2 və ya 3 nəfər olub. Müxtəlif bədən xəsarətləri alan Əlimərdanlı kənd sakinləri - 22 yaşlı İlqar Məmmədov və 25 yaşlı Elvin Nəsirov Tovuz Mərkəzi Xəstəxanasında ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR