Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
# 24 sentyabr 2017 10:55 (UTC +04:00)

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Hacıqabulda avtomobilin yolu keçərkən vurduğu piyada xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sentyabrın 23-də Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “Mercedes” markalı avtomobil yolu keçən Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Xanəliyev Bünyat Musa oğlunu vuraraq ağır yaralayıb.

Yaralı kəllə-beyin travması və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlər B. Xanəliyevin həyatını xilas edə bilməyiblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR