Sumqayıtda liseydə baş verən tüstülənmədən 4 nəfər zəhərlənib

 Sumqayıtda liseydə baş verən tüstülənmədən 4 nəfər zəhərlənib
# 11 fevral 2017 09:09 (UTC +04:00)

Sumqayıtda peşə liseyində baş verən tüstülənmədən 4 nəfər zəhərlənib.


APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 10-da saat 13 radələrində Sumqayıt şəhərində yerləşən 10 saylı peşə liseyinin dəhlizindəki elektrik qutusunda qısaqapanmadan tüstülənmə baş verib. Orada yaşayan Qubadlı rayon sakinləri Elman Yusifov, arvadı Elmira, qonşuları Əli Abdullyev və Afaq Yusifova tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR