"Gəncəbank" I yarımillikdə aktivlərini 14% artırıb

"Gəncəbank" I yarımillikdə aktivlərini 14% artırıb
# 25 avqust 2015 13:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Gəncəbank” ın aktivlərinin həcmi 2015-ci ilin II rübündə 142,592 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,62% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 19,54% artaraq 124,747 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 570,15 min manat təşkil edib ki, bu da 2014-cü ilin iyul ayının 1-ə olan göstəriciyə nisbətən 53,07% azdır.

Bankın ipoteka kreditlərinin həcmi iyulun 1-ə 26,025 mln. manat olub ki, bu da bir il əvvəl ilə müqayisədə 16,51% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin 17,482 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 69,46% çoxdur.

Bankın depozit portfeli hesabat dövrü ərzində 6,14% azalaraq 5,272 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 4 946 min manata bərabər olub ki, bu da illik müqayisədə 8,43 dəfə çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 1,53% artaraq 51,842 mln. manat təşkil edib, bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 22,13% azalaraq 3,651 mln. manat, xərcləri isə 2,66 dəfə azalaraq 1,738 mln. manata çatıb.

Cari ilin ilk altı ayını bank 1,904 mln. manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR