Tbilisidə keçirilən 13-cü Avropa Gənclər Olimpiya Festivalının böyük bir hissəsinin çəkilişləri Azərbaycan şirkətinə həvalə olunub - FOTO

Tbilisidə keçirilən 13-cü Avropa Gənclər Olimpiya Festivalının böyük bir hissəsinin çəkilişləri Azərbaycan şirkətinə həvalə olunub - <span style="color: red;">FOTO
# 28 iyul 2015 09:27 (UTC +04:00)

Bakı - APA. İyulun 26-da Tbilisidə açılışı keçirilən 13-cü Avropa Gənclər Olimpiya Festivalının böyük bir hissəsinin çəkilişləri Azərbaycan şirkəti olan Bakı Media Mərkəzinə həvalə edilib.

Mərkəzdən APA-ya bildirilib ki, Bakı 2015 Avropa oyunlarının da çox hissəsinin çəkilişlərini aparan Bakı Media Mərkəzi artıq öz işi ilə region ölkələrinin də nəzərini cəlb edib və bu cür böyük beynəlxalq tədbirlərin çəkilişlərinə dəvət alıb.

Qeyd edək ki, avqustun 1-dək davam edəcək 13-cü Avropa Gənclər Olimpiya Festivalında 50 ölkədən 3500 idmançı qüvvəsini sınayır. Ümumilikdə isə festivalla əlaqədar Tbilisiyə 6 min qonaq gəlib.

Müxtəlif növlər üzrə idman yarışlarını özündə birləşdirən Festival 1991-ci ildən etibarən 2 ildən bir keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR