Avropa Oyunları zolağında hərəkət edən 1841 avtomobil barədə inzibati protokol tərtib edilib

Avropa Oyunları zolağında hərəkət edən 1841 avtomobil barədə inzibati protokol tərtib edilib
# 24 iyun 2015 07:51 (UTC +04:00)


Bakı. Fuad Cəfərov – APA. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib.

BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, may ayının 29-dan bu gün səhər saat 10-a qədər Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda müvafiq icazəsi olmayan 1841 nəqliyyat vasitəsi barədə inzibati protokol tərtib edilib.

V. Əsədov sürücülərə bir daha bu zolaqlarda hərəkət etməməyi tövsiyə edib.

Qeyd edək ki, may ayının 29-dan iyul ayının 1-ə qədər paytaxtın bəzi küçə və prospektlərində Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR