Bu il avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 11,9 mln. manat ödəniş edilib

Bu il avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 11,9 mln. manat ödəniş edilib
# 01 iyul 2015 12:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 758 sığorta tələbi üzrə 2,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bu barədə “APA-Economics”ə İcbari Sığorta Bürosundan xəbər verilib.

İyun ayında büro tərəfindən 7 kompensasiya tələbi üzrə 19 800 manat, yanvar-iyun ayları ərzində isə 34 kompensasiya tələbi üzrə 130 133 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib

Bu ilin altı ayında həyata keçirilmiş kompensasiya ödənişlərinin məbləği ötən ilin altı ayı ilə müqayisədə 78% çox olub. Ümumilikdə bu ilin yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 11 898 851 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində isə 6% azalma müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR