Yaponiyanın baş naziri Rusiya ilə ərazi mübahisəsinə son qoymağa hazırdır

Yaponiyanın baş naziri Rusiya ilə ərazi mübahisəsinə son qoymağa hazırdır
# 12 dekabr 2016 06:56 (UTC +04:00)

Yaponiyanın baş naziri Sindzo Abe Rusiya ilə ərazi mübahisəsinə son qoymağa hazır olduğunu bəyan edib.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə o, Rusiya prezidenti Vladimir Putinin Yaponiyaya səfəri öncəsi Cənubi Kuril adalarının keçmiş sakinləri ilə söhbəti zamanı bildirib.

“Mən Rusiyanın hakim dairələri ilə danışıqlar aparıb, ərazi probleminə son qoymaq istəyirəm”, - deyə baş nazir qeyd edib.

V. Putinin Yaponiyaya səfəri dekabrın 15-16-na nəzərdə tutulur.

Qeyd edək ki, Yaponiya iki ölkə arasında 1855-ci ildə ticarət və sərhədlər haqqında imzalanmış razılaşmanı əsas gətirərək İturup, Kunaşır, Şikotan və Xabomai adalarına iddialıdır. Adıçəkilən adaların geri qaytarılması Yaponiya tərəfindən iki ölkə arasında II Dünya müharibəsindən sonra hələ də imzalanmamış sülh sazişinin imzalanmasına dair irəli sürdüyü şərtdir.

Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları SSRİ-nin tərkibinə II Dünya müharibəsinin nəticələrinə əsasən daxil olub və Rusiya beynəlxalq hüquqa görə bu adalar üzərində suverenliyə malikdir.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR