Binyamin Netanyahunun həbs edilməsini tələb edən petisiyanı 100 min britaniyalı imzalayıb

Binyamin Netanyahunun həbs edilməsini tələb edən petisiyanı 100 min britaniyalı imzalayıb
# 05 sentyabr 2015 19:55 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, petisiya avqustun 7-də Briyaniya parlamentinin saytında dərc edilib. 65 yaşlı Binyamin Netanyahunun 2014-cü ildə iki mindən çox fələstinlinin ölümündə təqsirli olduğunu iddia edən petisiyanın müəllifi Demian Moran onun həbs edilməsini tələb edir.

Qaydaya əsasən 100 min imza toplayan petisiya parlamentdə müzakirəyə çıxarılır. On min səsin toplanacağı təqdirdə isə Britaniya hökuməti tərəfindən ona rəsmi cavab verilməlidir.

Demian Moranın petisiyasına Britaniya hökumətinin cavabında qeyd olunub ki, “ölkəyə səfər edən xarici dövlətlərin Binyamin Netanyahu kimi rəhbərləri məsuliyyətə cəlb olunmağa qarşı immunitetə malikdirlər”. Lakin Britaniya hökuməti Binyamin Netanyahuyun Londona səfəri zamanı bu barədə məlumatlandıracağını vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR