Gəncədə bütün universitet tələbələri ilə görüş keçirilib

Gəncədə bütün universitet tələbələri ilə görüş keçirilib
# 06 oktyabr 2017 15:50 (UTC +04:00)

Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi ilə bağlı silsilə tədbirlərə start verilib. YAP Gəncə şəhər Təşkilatından APA-ya verilən məlumata görə, bunun davamı olaraq təşkilatın təşkilatçılığı ilə Gəncə şəhərində fəaliyyət göstərən universitetlərdə gənclərlə görüşlər keçirilib.

“Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə, dosent İsfəndiyar Alverdiyev, gənclərdən Nərmin Verdiyeva, Yunus Abarəliyev və digərləri çıxış edərək, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik tarixi yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunan misilsiz uğurlu nəticələrin bu gün partiyanın Sədri, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində yeni-yeni uğurlara yol açmasından danışıblar. Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətinin müasir gənclik üçün dəyərli töhfə olduğu xüsusi ilə vurğulanıb. Görüşlər partiya sıralarına qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunması ilə davam edib. Partiya sıralarına ilk addımlarını atan gənclər Yeni Azərbaycan Partiyasının yüksək amalları uğrunda daim mübarizliklərini artıracaqlarına söz veriblər”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR