ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiya Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra İraqın hərbi qulluqçularının təlimlərini dayandırır.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi xaricdə hərbi tapşırıqlar üzrə bundesver komandanlığının rəhbəri general-leytenant Erix Pfefferin məktubuna əsasən məlumat yayıb.
Öz məktubunda Pfeffer bildirib ki, ABŞ-ın general-leytenantı Pet Uayt “Sarsılmaz qətiyyət” əməliyyatı çərçivəsində İraqda yerləşdirilən qüvvələrin müdafiə səviyyəsini artırmaq qərarına gəlib.
“Belə olan halda, bütün İraq ərazisində iraqlı hərbi qüvvələrin və təhlükəsizlik qüvvələrinin hazırlığı müvəqqəti dayandırılıb”, - deyə Pfeffer bildirib.
Pfeffer əlavə edib ki, göstəriş İraqda əməliyyatlarda iştirak edən “bütün müttəfiq ölkələr üçün məcburidir”.