Qlobal banklar üzrə ötən ilin birinci yarısında ilin ikinci yarısı ilə müqayisədə neqativ proqnozların payında azalma qeydə alınıb.
Bu barədə "APA-Economics" "Fitch Ratings" reytinq agentliyinin yeni proqnozuna istinadən xəbər verir.
"Fitch"in məlumatına əsasən, mənfi proqnozların qlobal payı 2019-cu ilin sonunda 13%, müsbət proqnozların payı isə 5% olub. Ötən ilin birinci yarısının yekunları ilə müqayisədə olaraq müsbət proqnozlu bankların sayı 1 faiz bəndi artıb, mənfi proqnoz verilən bankların sayı isə 4 faiz bəndi azalıb.
Reytinq agentliyi qeyd edir ki, mənfi proqnozların çoxu Cənubi Amerika və Şərqi Afrika regionunun banklarına aiddir.