Ankarada “İrevan sehri. Türk-islam varlığı nasıl yok edildi” adlı kitab çap olunub - FOTO

Ankarada “İrevan sehri. Türk-islam varlığı nasıl yok edildi” adlı kitab çap olunub - <span style="color: red;">FOTO
# 24 iyul 2015 10:20 (UTC +04:00)

Bakı - APA. Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun elmi işçisi, “İrəvan xanlığı” monoqrafiyasının müəlliflərindən olan Nazim Mustafanın “İrevan sehri. Türk-islam varlığı nasıl yok edildi” adlı yeni kitabı çapdan çıxıb.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə “Berkan Yayınevi” (Ankara) nəşriyyatında çap olunub.

SAM-dan APA-ya verilən məlumata görə, kitaba AMEA-nın müxbir üzvü, A.A. Bakıxanov adına Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudov ön söz yazıb.



Nəşrdə Azərbaycanın qədim siyasi və mədəniyyət mərkəzlərindən biri kimi İrəvan şəhərinin tarixi keçmişi, onun etnik tərkibi, memarlıq abidələri və onların aqibəti, sənətkarlıq nümunələri, İrəvan teatrı, ədəbi mühiti, mətbuatı, elm, mədəniyyət və dövlət xadimləri haqqında ətraflı məlumat verilir. Həmçinin bu gün Ermənistan dövlətinin monoetnik paytaxtına çevrilən İrəvan şəhərində XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən kütləvi qırğınlar, soyqırımı və etnik təmizləmə siyasəti haqqında sənədlərin dili ilə söhbət açılır.


Kitabda İrəvan şəhərində mövcud olmuş, lakin zaman-zaman erməni vandalları tərəfindən yer üzündən silinən tarixi-memarlıq abidələrinin bizə gəlib çatan şəkillərindən nümunələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR