Adam oğurluğunda ittiham edilən qadının məhkəməsi başlayıb

Adam oğurluğunda ittiham edilən qadının məhkəməsi başlayıb
# 08 noyabr 2017 08:16 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu, xuliqanlıq və digər cinayətlərdə ittiham edilən Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. A. Sadıqova bundan əvvəl bir neçə dəfə məhkum edildiyini, lakin ailə vəziyyətinə görə həbs edilmədiyini bildirib.

Məlum olub ki, onun beş azyaşlı uşağı var və həyat yoldaşı rəhmətə gedib. Buna görə istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmənin baxış iclası noyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, A. Sadıqova tanışı Aynurə Hüseynovanı qaçırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR