® Dövlət bankı 22:00-dək xidmət göstərir

<font color=red>® </font> Dövlət bankı 22:00-dək xidmət göstərir
# 24 oktyabr 2017 08:59 (UTC +04:00)

Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bank növbəti Bakı Şopinq Festivalının rəsmi tərəfdaşı qismində çıxış edir. Azər Türk Bank həmçinin festivalın müvəkkil banklarından biridir. Bununla əlaqədar, Bankın 28 may küçəsində, “28 Mall” ticarət mərkəzinə yaxın ərazidə yerləşən “Bakı” filialı həftənin bütün günləri saat 09:30-dan saat 22:00-a kimi müştərilərə xidmət göstərir.

Vətəndaşlar festivalın qaydalarına uyğun olaraq ƏDV-ni buradan, alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli və ya xarici valyutada bank kartına köçürmə ilə geri ala biləcəklər.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR