Bakıda Avstriyanın milli bayramı qeyd edilib

Bakıda Avstriyanın milli bayramı qeyd edilib
# 04 oktyabr 2017 19:07 (UTC +04:00)

Bakıda Avstriyanın dövlət bayramı münasibəti ilə qəbul təşkil edilib.

APA-nın məlumatına görə, qəbulda çıxış edən Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ölkəsinin müstəqillik tarixi barədə danışıb. Bu il Azərbaycanla Avstriya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən səfir bu illər ərzində iki ölkə arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirib: "Bu il Avstriya ATƏT-ə sədrlik edir. Belə bir təşkilata sədrlik etmək böyük məsuliyyət tələb edir. Azərbaycana minnətdarlığımızı bildiririk ki, sədrlik dövründə bizə qarşı konstruktiv yanaşma nümayiş etdirib. Növbəti ilin ikinci yarısı Avstriya Aİ-yə sədrlik edəcək. Bu zaman tək Aİ çərçivəsində tərəfdaşlarımızdan deyil, azərbaycanlı dostlardan da etimad gözləyirik".

Daha sonra çıxış edən Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Səməd Seyidov Azərbaycanın Avstriya ilə əlaqələrə hər zaman böyük önəm verdiyini bildirib. O bildirib ki, ali səviyyədə qarşılıqlı səfərlər Avstriya-Azərbaycan münasibətlərinin inkişafına daha böyük töhfə verib: "Münasibətlərimiz beynəlxalq təşkilatlarda yüksək səviyyədədir. Avstriya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və dəstəkləyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR