Məhkəmə dələduzluqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə dələduzluqda təqsirləndirilən şəxsə bəraət verib
# 24 noyabr 2017 09:46 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Qənbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda R. Qənbərovun vəkili Elxan Şükürov çıxış edərək ittihamın əsassız olduğunu deyib və bəraət hökmünün çıxarılmasını istəyib. R. Qənbərov da vəkili ilə razı olduğunu deyib. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən R. Qənbərov barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, R. Qənbərov zərərçəkmiş şəxsdən pul alaraq qeyri yaşayış sahəsini özəlləşdirməyə söz verərək dələduzluq etməkdə ittiham edilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmə) maddəsinə əsasən ittiham elan edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR