İsrail ordusu Qəzza zolağına zərbə endirib - YENİLƏNİB

İsrail ordusu Qəzza zolağına zərbə endirib - <span style="color: red;">YENİLƏNİB
# 12 dekabr 2017 03:24 (UTC +04:00)

İsrail hərbçiləri raket atəşinə cavab olaraq Qəzza zolağının şimalını bombalayıb.

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Bundan əvvəl İsrail müdafiə ordusunun tank və aviasiyası raket atəşinə cavab olaraq Qəzza zolağının cənubunda "Həmas”ın postlarını atəşə tutub.

Rəsmi Tel-Əviv son günlər bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti «Həmas» hərəkatının üzərinə qoyub. ABŞ-ın Qüdslə bağlı məlum qərarından sonra “Həmas” İsrailə qarşı raket hücumlarını artırıb.

***

22:24

İsrail hərbçiləri raket atəşinə cavab olaraq “Həmas”ın Qəzza sektorundakı mövqelərinə zərbələr endirib.

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Fələstindən atılan raketə cavab olaraq, İsrail müdafiə ordusunun tank və aviasiyası Qəzza zolağının cənubundakı “Həmas”ın hərbi postlarını atəşə tutub”, məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Qəzzadan İsrail ərazisinə bir neçə raket atılıb. İlkin məlumata görə, zərərçəkən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR