Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq - VİDEO

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq - <span style="color: red;">VİDEO
# 22 iyul 2015 09:44 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR