Minskdə “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçiriləcək

Minskdə “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçiriləcək
# 29 noyabr 2016 01:09 (UTC +04:00)

Noyabrın 29-da Minskdə Ukraynada münaqişənin nizamlanması üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşü keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus xarici işlər idarəsinin nümayəndəsi bildirib.

Sergey Lavrov, Frank-Valter Ştaynmayer, Jan-Mark Eyro və Pavel Klimkin arasında keçiriləcək danışıqların gündəliyi açıqlanmır.

Xatırladaq ki, oktyabrın 19-da Berlində “Normand dördlüyü” liderlərinin görüşü baş tutub. Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında danışıqlar keçirilib. Tərəflər Donbas üçün “yol xəritəsinin” tezliklə hazırlanması, sənəd üzərində işi xarici işlər nazirlikləri səviyyəsində aparılmasına dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR