Moskva meri: “Miqrantlar neft şirkətlərindən daha çox vergi ödəyirlər”

Moskva meri: “Miqrantlar neft şirkətlərindən daha çox vergi ödəyirlər”
# 25 oktyabr 2017 13:36 (UTC +04:00)

Moskva meri Sergey Sobyanin miqrantlar üçün patentin qiymətinin qaldırılmasını təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxt meri bu gün Moskva şəhər Dumasına hesabatla çıxış edib. O, çıxışında Moskvaya miqrant axınını nəzarətdə saxlamaq üçün əmək patentinin qiymətinin artırılmasını təklif edib: “Əlbəttə ki, biz şəhərdə miqrantların optimal səviyyədə olması üçün çalışmalıyıq. Ona görə də patent sistemini tətbiq etmişik. Bu gün miqrantlar büdcəyə daha çox vergi ödəyirlər, nəinki neft şirkətləri. Bu da daha bir gəlir mənbəyidir. Hesab edirəm ki, bu il miqrantlar üçün patentin qiymətini artırmaq olar ki, onların ödənişləri moskvalı işçilərin ödənişlərinə bərabər olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR