Gözdən əlil uşaqlar Respublika Gününə həsr olunan konsert keçirib

Gözdən əlil uşaqlar Respublika Gününə həsr olunan konsert keçirib
# 18 may 2018 11:25 (UTC +04:00)

Bakıdakı 38 nömrəli musiqi məktəbi gözdən əlil uşaqlar üçün 28 May Respublika Gününə həsr olunan hesabat konserti keçirib.

APA-nın məlumatına görə, məktəbin müəllimi Günel Məlikova çıxış edərək gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbinin 2017-2018-ci tədris ilini uğurla başa vurmasından, bu musiqi ocağının istedadlı şagirdlərinin bir çox respublika və Beynəlxalq Müsabiqələrdə iştirakından, uğur və nailiyyətlərdən danışıb.

Konsertdə məktəbin istedadlı şagirdləri rəngarəng nömrələrlə çıxış ediblər.

Sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov məktəbin müəllim və şagirdlərini təbrik edib, onlara gələcək fəaliyyətlərinə uğurlar arzulayıb və kollektivin ən fəal üzvlərini Fəxri Fərmanlarla təltif edib.

Qeyd edək ki, gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbi 1980-ci ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 191 şagird müxtəlif ixtisaslar üzrə musiqi təhsili alır.

APA konsertin informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR