Hikmət Hacıyev Efiopiya universitetində çıxış edib

Hikmət Hacıyev Efiopiya universitetində çıxış edib
# 31 mart 2017 12:46 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Afrika ölkələrinin dövlət qulluqçuları üçün təlim və tədris həyata keçirən Efiopiyanın Dövlət İdarəçiliyi Universitetində mühazirə ilə çıxış edib.

APA-nın məlumatına görə, görüş Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən təşkil olunub. Mühazirədə Afrikanın müxtəlif ölkələrində dövlət qulluğunda çalışan şəxslər iştirak edib. XİN rəsmisi Azərbaycanın uğurlu siyasi, iqtisadi inkişaf modeli barədə danışıb və ölkənin daxili və xarici siyasətdə əldə etdiyi nailiyyətlər, sosial, siyasi, iqtisadi inkişafı barədə tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycan dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən ASAN modeli və effektiv dövlət idarəçiliyi modeli barədə danışıb.

XİN-in Mətbuat katibi Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticələri barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirin sonunda o, mühazirə iştirakçılarının suallarını cavablandırıb, aparıcı Efiopiya KİV-nə müsahibə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR