Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başlayıb

Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başlayıb
# 11 aprel 2018 06:06 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, səfirlikdə yaradılmış seçki məntəqəsində səfirlik əməkdaşları ilə yanaşı qonşu ölkədə yaşayan, çalışan, təhsil alan və ezamiyyətdə olan seçki hüququna malik Azərbaycan vətəndaşları səs verirlər.

Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunda da seçki məntəqəsi fəaliyyət göstərir.

Səsvermə saat 19.00-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR