Madaqaskarda qasırğa nəticəsində ölənlərin sayı 38-ə çatıb

Madaqaskarda qasırğa nəticəsində ölənlərin sayı 38-ə çatıb
# 11 mart 2017 03:17 (UTC +04:00)

Madaqaskarda “Enavo” qasırğasının qurbanlarının sayı 38 nəfərə çatıb, 180 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, təbii fəlakətlə əlaqədar 116 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumət 53 minə yaxın insan üçün müvəqqəti sığınacaq yerləri təşkil edib.

“Enavo” qasırğası Madaqaskarın şimal-şərq sahillərində fəsadlar törədib. Qeyd edək ki, təbii fəlakət zamanı küləyin surəti saatda 300 km-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR