Bibiheybət yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bibiheybət yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 20 oktyabr 2017 12:01 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər olan hissə) yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

BNA-dan "APA-Economics"ə verilən məlumata görə, rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərdə tutulur.

Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR