Prokuror Rusiyanın keçmiş iqtisadi inkişaf nazirinə 10 il cəza tələb edib

Prokuror Rusiyanın keçmiş iqtisadi inkişaf nazirinə 10 il cəza tələb edib
# 04 dekabr 2017 11:07 (UTC +04:00)

Prokuror Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə cəza istəyib.

APA-nın Rusiyanın “Dojd” kanalına istinadən verdiyi məlumata görə, Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsində davam edən prosesdə prokuror sabiq nazirin cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 azadlıqdan məhrum olunmasını tələb edib.

Xatırladaq ki, ötən il noyabrın 15-də Rusiya İstintaq Komitəsi iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin 2 milyon dollar rüşvət alarkən saxlanıldığını açıqlayıb. A. Ulyukayev “Başneft”in satın alınması ilə bağlı müsbət rəy verməyə görə “Rosneft”dən rüşvət tələb etməkdə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR