Poroşenko İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi ilə əlaqədar təbrik edib

Poroşenko İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi ilə əlaqədar təbrik edib
# 12 aprel 2018 15:10 (UTC +04:00)

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, P. Poroşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın tərəqqisi və rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə P. Poroşenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirərək əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyini əminliklə vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR